SON XƏBƏR

Nazirlik Barış Altıparmakı cərimələdi: Norma və qaydaları pozub

Yanvar 07
17:57 2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti türkiyəli iş adamı Barış Altıparmakı barəsində inzibati protokol tərtib edərək cərimələyib. 

Qaynarinfo xəbər verir ki, iş adamına İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə ittiham edilib. 

Bu maddə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi ilə bağlıdır. 

198.1.7-ci maddədə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur. 

Barış Altıparmak Xidmətin bu qərarından məhkəməyə şikayət edib. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Yanvarın 8-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcək. 

Barış Altıparmak "Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook