Nazirlik bu şəxslərə xəbərdarlıq etdi (VİDEO)
Oktyabr 25
17:17
2021
"Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək, sadəcə geci, tezi var”.
Bunu "Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Diqqətə çatdırırıq ki, saxta COVID-19 pasportunun alınması Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət tərkibi yaradır. Bəzi insanlar saxta COVID-19 pasportu alaraq vaksin olunmur, özü yoluxaraq başqalarının da yoluxmasına səbəb olur.
Qeyd edim ki, bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bütün bu halların baş verməməsi üçün insanlar saxta koronavirus pasportu almaqdan çəkinməli, qoyulan bütün qaydalara əməl etməli, özünün və başqalarının sağlamlığını qorumalıdır”, - DİN rəsmisi vurğulayıb.