Nazirlik layihəsinə 300 min ayırdığı xəstəxananın tikintisinə nə qədər xərcləyəcək?
Avqust 22
14:15
2023
Bakıda 4 saylı Uşaq Vərəm Sanatoriyasının söküldüyü barədə məlumat vermişdik. Məlumatda sanatoriyanın yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikiləcəyini qeyd etdmişdik. Həmçinin vurğulamışdıq ki, Səhiyyə Nazirliyi yeni xəstəxananın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.
Qaynarinfo xəbər verir ki, qurum artıq satınalma müsabiqəsini yekunlaşdırıb. Tenderin qalibi "BİMD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.
Yeni xəstəxananın layihə-smeta sənədləri Səhiyyə Nazirliyinə 295 800 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "BİMD” QSC 28 dekabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8-də yerləşir. QSC-nin qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.
"BİMD” QSC 17 noyabr 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin tarxidə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. Şirkətin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, "BİMD” QSC BİM (Building İnformation Modeling - Binaların İnformasiya Modelləşdirilməsi) texnologiyalarını tətbiq edən ilk şirkətlərdəndir.
QSC 2021-2023-cü illər ərzində dövlət qurumlarından 3 403 542, 9 AZN dəyərində sifariş alıb. Satınalma müqavilələrinin hamısı layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır.
QSC-nin qanuni təmsilçisi İlkin Qarayevə gəlincə, açıq mənbələrdə onun barəsində heç bir məlumata rast gəlinmir.
Qlobal.az
Qaynarinfo xəbər verir ki, qurum artıq satınalma müsabiqəsini yekunlaşdırıb. Tenderin qalibi "BİMD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.
Yeni xəstəxananın layihə-smeta sənədləri Səhiyyə Nazirliyinə 295 800 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "BİMD” QSC 28 dekabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8-də yerləşir. QSC-nin qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.
"BİMD” QSC 17 noyabr 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin tarxidə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. Şirkətin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatdan aydın olur ki, "BİMD” QSC BİM (Building İnformation Modeling - Binaların İnformasiya Modelləşdirilməsi) texnologiyalarını tətbiq edən ilk şirkətlərdəndir.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "BİMD” QSC tenderlərdə fəal iştirak edir.