Nazirlik yemək şirkətinin rəhbərindən əlil və şəhid ailələri üçün mənzillər alır – Təfərrüat
Dekabr 14
20:43
2022
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi fiziki şəxs Əlisoy Natiq Hüseyn oğlu (VÖEN – 0800049862) olub.
Tender müsabiqəsinin şərtlərinə görə Nazirlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində veriləcək 1, 2 və 3 otaqlı mənzilləri Natiq Əlisoydan satın alacaq.
Satın alınacaq mənzillərin qarşılığında Natiq Əlisoya 3 miyon 291 min 150 manat ödəniləcək.
Diqqət çəkən məqamlardan bir odur ki, Əlisoy Natiq Hüseyn oğlu eyni zamanda "Gulay-Food” MMC (VÖEN – 1602518151) adlı şirkətin qanuni təmsilçisidir.
Onu da bildirək ki, açıq mənbələrdə nə "Gulay-Food” MMC, nə də Əlisoy Natiq Hüseyn oğlu barəsində hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Nazirliyə milyonlarla manat dəyərində yemək və mənzillər satacaq şirkətin və sahibkarın nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
Qlobal.Az