SON XƏBƏR

Nazirlikdə 14.4 milyon manat yoxa çıxdı - Baş Prokurorluğa müraciət olundu

May 08
10:21 2020
Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.

"Report" xəbər verir ki, bu, ƏƏSMN-nin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook