SON XƏBƏR

Nazirliyin Kukla Teatrında apardığı yoxlamanın səbəbi üzə çıxır... - Mətbuat konfransı keçiriləcək

Dekabr 08
17:27 2022
Bu gün saat 18:00-da Kukla Teatrında mətbuat konfransı keçiriləcək.

Bunu Qaynarinfo-ya açıqlamasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədov Mədəniyyət Nazirliyinin apardığı yoxlamalara aydınlıq gətirərkən deyib. Rəşad Əhmədov bildirib ki, nazirliyin apardığı yoxlamanın bitib-bitməməsini gözləməyə əsas qalmadı:

"Yoxlamanın nə üçün aparıldığını və kimlərdən tapşırıq aldığını bilirəm”.

Xatırladaq ki, iki həftə əvvəl teatrın rejissoru Səidə Haqverdiyeva Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyini tənqid edib.
Ondan sonra Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook