Nazirliyin milyonluq tenderi: 15 hektar ərazini doludan necə qoruyurlar?
Oktyabr 09
18:45
2019
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu bağ sahəsində müxtəlif müdafiə sistemlərinin yaradılmasına 1.245.000 manat pul ayırıb.
15 hektar müasir bağ sahəsində "Telli tərbiyə", "Dolu və günəşdən qoruma", "Damla suvarma və erkən xəbərdarlıq" sistemlərinin yaradılması işləri nəzərdə tutulub.
Tender.gov.az-da yerləşdirilən məlumata görə, açıq tenderində komissiyasının qərarı ilə "Parlar Ting A.T” MMC qalib elan edilib.
Qalib şirkətlə bir milyon iki yüz qırx beş min manat (1 245000) dəyərində müvafiq satınalma müqaviləsi imzalanıb.
PARLAR TİNG A.T. MMC Azərbaycanda texnologiyalar əsasında meyvə tingləri istehsalı ilə məşğul olan bir şirkətdir.
Şirkətin istehsal tərəfdaşları Azərbaycanda MÇETİ (Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu), Türkiyədə "Parlar Fidancılık” şirkətidir.
"Parlar Ting A.T.” MMC şirkəti 2010-cu ildən Quba və Balakən rayonlarında fəaliyyətə başlayıb.
"Parlar Ting A.T.” MMC şirkəti istehsal etdiyi məhsullarını Özbəkistan, Rusiya, Qazaxıstan, kimi ölkələrə ixrac edir.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Toplum.tv-yə bildirib ki, hər hansı az bir sahənin qorunması üçün o qədər pul ayırmaq bu ifrat dərəcədə çoxdur: "15 hektar sahəni doludan qorumaq mümkün deyil. Yəqin, orada hər hansı bir bölgədə bu sistemləri quraşdırılsın deyə pul ayrılıb".
Onun sözlərinə görə, 15 hektarı qorumaq üçün elə bir sistem yoxdur: "15 hektarı necə qorumaq olar? Belə bir sistem yoxdur ki, 15 hektarı qorusun. İndi Ukraynada yalnız ərazinin üstünü örtüb doludan və ya hər hansı bir müdaxilələrdən qorumaq sistemi var. Amma bu vəsait həmin sistemin tətbiqi üçün çox böyük rəqəmdir. İndi bu sistem 2 cürdür: birincisi, toplarla müdafiə olunmasıdır, digəri isə Ukraynada dediyim o müdafiə sistemi kimi geniş miqyasda tətbiq olunur. Ancaq hansısa şirkətin, müəssisənin bağını qorumaq dövətin işi deyil. Sahibkar özü kredit almalıdır”.
Ekspertin sözlərinə görə, nazirliyin tenderləri şəffaf deyil: "Sual yaranır ki, niyə məhz həmin o 15 hektar ərazi üçün tətbiq olunur? Hansı qayda üstünlük verir ki, məhz həmin bağ qorunsun. Ölkə üzrə 200 min hektardan çox bağ var. Bağçılıqla çoxlu sayda fermerlər, sahibkarlar məşğul olurlar. Bəs həmin ərazi hansı kriteriyalara uyğun gəlir? Bu məqam müəmmalıdır. Ümumiyyətə, Kənd Təsərrüfatı Nazirliyinin saziş fəaliyyəti şəffaf deyil. Bu yaxınlarda bir baxça müdirəsi çıxış etmişdi ki, ona 5 manata alınan soğan kisəsini 35 manata sənədləşdirirlər. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətimi həyata keçirib, yoxsa aqrar tədarüklə bağlı hər hansı bir şirkət? Bu suallara cavab tapılmalıdır”.
Vahid Məhərrəmov bildirib ki, sonradan o bağ sahəsinin hansısa yüksək vəzifəli məmurun övladınına məxsus olması məlum olacaq: "Kənd Təsərrüfatı Nazirliyində şəffaflıq olmadığından tenderlərin necə təşkil olunduğu, hansı prinsiplər əsasında keçirildiyi də müəmmalıdır. Aydın məsələdir ki, öz yaxın adamlarını qalib ediblər".
Mənbə: Toplum.Tv

Qlobal.az