Nazirliyin şöbə müdiri Avropada şirkət açdı - SƏNƏD
Dekabr 30
13:28
2019
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib".
Arqument.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbukda yazıb.
"NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb", - o bildirib.
Onun sözlərinə görə, şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.
Jurnalist qeyd edib ki, 1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra "Allianz" şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.
2014-cü ildə Rusiyada fəaliyyət göstərən "СОГЛАСИЕ" ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.

2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.
Qlobal.Az