SON XƏBƏR

Neft 80 dollara qədər bahalaşa bilər

Yanvar 26
10:42 2018
Bu ilin sonuna qədər dünya bazarında "Brent" markalı neftin qiyməti 80 dollar/barelə çata bilər. 

Qlobal.Az "Report"a istinadən xəbər verir ki, bunu Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri neft-qaz şirkətlərindən biri olan "Crescent Petroleum"un icraçı direktoru Məcid Cəfər deyib.

"Son illər neft kəşfiyyatına və hasilatına investisiyaların azalması neftə tələbin artması fonunda qiymətlərdə şok yüksəlişə səbəb ola bilər. Əgər qlobal iqtisadi artım hazırki templə davam edərsə, yaxın illərdə neft kəskin bahalaşa bilər. Qısamüddətli perspektivdə qiymətlər Venesuelada hasilatın azalması fonunda artmağa davam edə və ilin sonuna 80 dollar/barelə çata bilər",- o qeyd edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook