SON XƏBƏR

Neft büdcə qiymətindən 30 dollar bahadır

Aprel 26
13:26 2018
Aprelin 26-da "AzeriLayt” markalı neftin bir barreli 75 dollara satılır. Bu, büdcə qiymətindən 30 dollar yuxarı qiymətdir. Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollar hesablanıb.

İlin əvvəli ilə müqayisədə "AzəriLayt” 5,11 dollar bahalaşıb. "AzəriLayt” 2018-ci ildə 69,89 dollarla start götürüb.

Novator.az bildirir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanın ixracının 80,6 faizini xam neft təşkil edib.

AZƏRTAC-ın 26 aprel məlumatına görə, London birjasında "Brent” markalı neftin bir barreli 74,43 dollara, Nyu-York birjasında "Layt” markalı neftin bir barreli 68,34 dollara təklif olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook