Neft Fondu "Azəri-Çıraq-Günəşli"dən cəmi 124 milyard dollar əldə edib
May 10
17:08
2017
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2017-ci ilin may ayının 1-nə əldə edilən gəlirlərini açıqlayıb. ARDNF-dən verilən məlumata görə, bu ilin 4 ayında AÇG yataqları üzrə fond 1 mlrd. 960 mln. ABŞ dolları gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən cari ilin may ayının 1-dək AÇG yataqlar bloku üzrə 124,069 mlrd. dollar həcmində gəlir əldə olunub. (APA)