Neft Fondunun nə qədər qızıl ehtiyatı var?
Oktyabr 25
16:53
2019
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. Bu ilin üçüncü rübündə isə Fond tərəfindən alınan qızılın həcmi 5,19 ton olub.
Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib.
Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 11,4%-dir.
ARDNF-in 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına görə, sentyabrın 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub.