Neft qiymətləri bahalaşmağa can atır
May 08
12:54
2020
Cümə günü səhər dünya əmtəə bazarında Brent markalı neft yenidən bir barrel üçün 30 dollardan yuxarı qalxma meyilləri hiss olunur.
Hərraca görə, Bakı vaxtı ilə 6.45 üçün, Şimali Dəniz neftinin qiyməti 1.15% artaraq bir barelə görə 29.8 $ təşkil edib. Qərbi Texas WTI markalı neft o zaman 1,7% bahalaşaraq 23.9 dollara çatıb.
Qaynarinfo xəbər verir ki, bir gün əvvəl ticarət əməliyyatları ərzində kotirovkalar 31,5 dollar səviyyəsindən yuxarı qalxsa da, sonradan ucuzlaşmağa başlayıb.