SON XƏBƏR

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - FAKTLAR

Dekabr 06
09:04 2023
Neft və Qaz İnstitutu 2023-cü ilin noyabr ayının 23-də "İstismarda olan yataqlarda süxurların kollektorluq xassələrinin dəyişməsinin petrofiziki və mədən geofiziki məlumatları bazasında diaqnostikası işlərinin satınalınması" lotu üzrə satınalma həyata keçirib. 
 
Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 79.550 manat təşkil edib. 
 
Satınalmada "KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edib. 
 

 
"KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) Neft və Qaz İnstitutunun sözügedən tenderindən bir ay əvvəl - 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Sabunçu rayonu, Eldar Xəlilov küçəsi ev 3, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur. 
 

 
Neft və Qaz İnstitutuna 79.550 manatlıq diaqnostik işlər görəcək "KASKAD-DEN GROUP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur. 
 
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır. 
 
Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, Neft və Qaz İnstitutunun bundan əvvəlki satınalmaları da kifayət qədər şübhəlidir. 
 
Neft və Qaz İnstitunun 2022-ci ildə şübhəli olan satınalmalarının ümumi məbləği 178.190 manat təşkil edir. 
 

 
İnstitutun bu satınalmalarda qalib elan etdiyi MMC-lərin əksəriyyətinin qanuni təmsilçisi "proxy" olan eyni şəxslərdir. 
 
İnstitutun 2022-ci ildə qalib elan etdiyi MMC-lərin "otkad" əməliyyatlarında iştirak etdiyini sübut edən digər fakt isə bu şirkətlərin hamısının hazırda dövlətə külli-miqdarda vergi borclarının olmasıdır. 
 
Neft və Qaz İnstitunun 2022-ci ildə keçirdiyi şübhəli satınalmalar:
 
1.
 

 
Lotun adı - Digər kommunal xətlərinin çəkilişi işlərinin satınalınması
 
Tarix - 2022-ci il 22 dekabr 
 
Məbləğ - 11.745 manat
 
Qalibin adı - "LİMDMAN COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406160821)
 
Qanuni təmsilçi - Abdinova Nərgiz İbad qızı
 
MMC-nin hazırkı vergi borcu - 43.702 manat
 

 
2. 
 

 
Lotun adı - Orta Kür çökəkliyində karbohidrogen obyektlərinin proqnozu və müasir akustik-petrofiziki modellərin işlənilməsinin satın alınması

Tarix - 2022-ci il 28 iyul
 
Məbləğ - 79.600
 
Qalibin adı -  "TEAN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1703277071)
 
Qanuni təmsilçi - Kərimov Bəxtiyar Əvəz oğlu
 
MMC-nin hazırkı vergi borcu - 14.771 manat
 

 
3. 
 

 
Lotun adı - Mətbəə məhsullarının satınalınması

Tarix - 2022-ci il 20 dekabr
 
Məbləğ - 18.150 manat
 
Qalibin adı - "ORLONDO 22 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505786221)
 
Qanuni təmsilçi - Cəfərov Ülvi Şahin oğlu
 
MMC-nin hazırkı vergi borcu - 4.037 manat.
 

 
4. 
 

 
Lotun adı - Digər malların satınalınması
 
Tarix - 2022-ci il 22 dekabr
 
Məbləğ - 9.930 manat
 
Qalibin adı - "HÜNƏR 22 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1203218241)
 
Qanuni təmsilçi - Abdinova Nərgiz İbad qızı
 
MMC-nin hazırkı vergi borcu - 1.898 manat
 

 
5. 
 

 
Lotun adı - Dəftərxana və təsərrüfat mallarının satınalınması
 
Tarix - 2022-ci il 15 dekabr 
 
Məbləğ - 10.050
 
Qalibin adı - "FAMİLY 22 FN" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1203218371)
 
Qanuni təmsilçi - Abdinova Nərgiz İbad qızı
 
MMC-nin hazırkı vergi borcu - 1.382 manat
 

 
6.
 

 
Lotun adı - Digər kommunal xətlərinin çəkilişi işlərinin satınalınması
 
Tarix - 2022-ci il 26 oktyabr
 
Məbləğ - 14.260
 
Qalibin adı - "CFR 22 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505785971)
 
Qanuni təmsilçi - Cəfərov Ülvi Şahin oğlu
 
MMC-nin hazırkı vergi borcu - 1.597 manat
 

 
7. 
 

 
Lotun adı - Maşın və avadanlıqların əsaslı təmirinin satınalınması
 
Tarix - 2022-ci il 26 oktyabr
 
Məbləğ - 14.700
 
Qalibin adı - "T-DELTA GROUP LT" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN - 2007137371)
 
Qanuni təmsilçi - İsgəndərov Turxan Zahid oğlu
 
MMC-nin hazırkı vergi borcu - 1.252 manat
 

 
8.
 

 
Lotun adı - Tikili və avadanlıqların cari təmir xərclərinin satınalınması
 
Tarix - 2022-ci il 8 sentyabr
 
Məbləğ - 19. 755 manat
 
Qalibin adı - "ORLONDO 05 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1307612831)
 
Qanuni təmsilçi - Talıblı Lamiyə Ədixan qızı
 
MMC-nin hazırkı vergi borcu - 29.504
 

 
Neft və Qaz İnstitutunun 2022-ci ildə keçirdiyi yuxarıda qeyd edilən satınalmaları göründüyü kimi kifayət qədər şübhəlidir. İnstitutun qalib elan etdiyi bu MMC-lər qeyd edildiyi kimi büdcə təşkilatlarının satınalmalarında şübhəli fəaliyyətlərlə məşğul təşkilatlardır. 
 
Neft və Qaz İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmada qalib elan etdiyi MMC-lərin bəziləri isə dövlət sənədlərini saxtalaşdırıb. 
 

 
Bu barədə 2022-ci ilin dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
 
Qlobal.az dövlət sənədlərini rəsmən saxtalaşdıran MMC-lərin Neft və Qaz İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmalarda qalib elan edilməsinə aydınlıq gətirilmək üçün İnstitututdan mövqe öyrənib. 
 
 
Vaqif Qurbanov
 
Neft və Qaz İnstitutunun icraçı direktoru Vaqif Qurbanov məsələ ilə bağlı bildirdi:
 
"Neft və Qaz İnstitutu büdcə təşkilatıdır. İnstitut hər bir satınalmasını "Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun olaraq həyata keçirir. Satınalmalar yekunlaşdıqdan sonra məlumat müvafiq orqana təqdim edilir. Həmin orqanlar razılıq verdikdən sonra müqavilənin şərtləri yerinə yetirilir. 
 
Qeyd edək ki, Neft və Qaz İnstitutunun tender komissiyasının sədri qurumun baş mühasibi Rüstəm Astanovdur. 
 
Neft və Qaz İnstitutu 1951-ci ildə yaradılıb. 
 
 
 
İnstitutun baş direktoru akademik Fəxrəddin Qədirovdur. 
 
Neft və Qaz İnstitutu 2022-ci ilin iyul ayında Prezident İlham Əliyevin fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook