Neft yenə bahalaşmağa başladı
Yanvar 05
08:20
2017
Dünənki yüksəlişdən sonra kəskin ucuzlaşmış neftin qiyməti yenidən qalxmağa başlayıb.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 20:10-a olan məlumata görə, "Brent” markalı neftin mart fyuçersinin 1 barrelinin qiyməti 55,74 dollara bərabərdir.
Həmin göstərici bu gün səhər birjalarda qeydə alınmış rəqəmdən 0,27 dollar, yaxud 0,49% çoxdur.