“Neftçi”də yeni prezident, yoxsa qurbanlıq…
Avqust 01
10:13
2023
Sözün düzü, "Neftçi”nin idarəetmə strukturunun dəyişəcəyini gözləyirdim. Yəni formal olaraq, prezident postunun ləğv ediləcəyini güman edirdim. Çünki Müşahidə Şurasının sədri Rövşən Nəcəfin bütün səlahiyyətləri öz əlinə almasından sonra komandada belə vəzifəyə ehtiyac qalmırdı. "Müqəvva prezident” kimə lazım?
Amma Rövşən Nəcəf göstərdi ki, pis "oynamır”, futbolu pis bilməsinə rəğmən. Ona görə də bu postu saxlamağı məqbul hesab etdi.
Böyük ehtimalla, Fərrux Mahmudov Rövşən Nəcəfin yaxın dostudur. Ya uşaqlıqda bir yerdə çilingağac, ya da gənclikdə domino oynayıblar.
Bəs Rövşən Nəcəf "Neftçi”də yararsız prezident postunu niyə saxladı? Axı məntiqlə peşəkar, futbolu bilən şəxs bu postu saxlamazdı, bir halda ki, bütün qərarları özü verirsə.
Amma… Əgər bu post ləğv olunsaydı, sözsüz ki, "Neftçi”nin bütün uğursuzluqlarında gözlər kimə dikiləcəkdi? Əlbəttə ki, Rövşən Nəcəfə. Deməli, SOCAR prezidenti kəskin tənqid olunacaq, adı mətbuatın gündəmindən düşməyəcəkdi.
Bu amili nəzərə alan Rövşən Nəcəf prezident vəzifəsini saxlamağa qərar verib. Sabah, uğursuzluq olacağı təqdirdə (bu ehtimal çox böyükdür) qurban veriləsi şəxs var: uşaqlıqda çilingağac, gənclikdə domino oynadığı Fərrux Mahmudov.
Fərrux Mahmudov belə aqibətlə üzləşəcəyini bilmir? Bilir, amma onu da bilir ki, "Neftçi”dən göndəriləndən sonra da işsiz qalmayacaq. Onun kimi kadrlara Azərbaycanın bütün təsərrüfatlarında ehtiyac var. Olmasın futbol, olsun su-kanal idarəsi.
"Nefçi”nin baş məşqçi seçimi, son transferləri (bu haqda başqa bir yazıda) onu göstərir ki, Rövşən Nəcəf "Neftçi”də iş görmək istəmir. Amma ola bilsin ki, həm də "iş” görmək istəyir. "İş” görməyin də səsi nə vaxt çıxarsa, çıxar.
Qurbanlıq şəxs də hazırdır. İndi onların çilingağac oynayan vaxtları deyil. Amma dominonu hər yaşda oynamaq olar.
Müəllif: Natiq Muxtarlı
Mənbə: Aut.az