Neftdən gələn artıq pulları bölə bilmirlər - İri şirkətlər prezidentdən pay istəyirlər
Dekabr 19
10:51
2019
Rusiyanı bir çox məsələdə qınamaq olar. Lakin bir məsələ gün kimi aydındır: ölkə neqativ təcrübəsindən dərs çıxarıb. Neft hasilatı üzrə dünyanın ikinci ölkəsi olan Rusiya dəmir maliyyə intizamı vasitəsilə dövlət büdcəsini neft qiymətlərinin aşağı düşməsi və qərb sanksiyalarının səbəb olduğu ressesiya ilə mübarizəyə hazırlayır. Qənaətə yönəlmiş kurs gələcəkdə baş verə biləcək zərbələrdən qorunmaq üçün də nəzərdə tutulub. Bu barədə "Die Welt” qəzetinin jurnalisti Eduard Ştayner yazır.
Bunun üçün hökumət 2017-ci ildə büdcə qaydası tətbiq edib. Həmin qaydaya əsasən, bir bareli 40 dollardan yuxarı qiymətə satılan neftdən gələn gəlir dövlət xərclərinə istifadə edilməməli, möhkəm valyuta kimi Milli Rifah Fonduna yönəlməlidir.
Fond gözlənildiyindən sürətlə dolur. Səbəblərindən biri də neftin nisbətən yüksək qiymətidir. Hazırda neft təxminən 65 dollar civarında satışa çıxarılır. Fond 124 milyard dollaradək artaraq (bu da ÜDM-in 7,3%-nə uyğun gəlir) 7%-lik kritik göstəricini keçib. Belə ki, bundan sonra yerdə qalan pulu yenidən xərcləmək mümkündür.
Ona görə son bir neçə aydır məsul şəxslər həmin pulla nə edəcəklərini düşünürlər. "Pulu boş yerə xərcləməyəcəyik”, - deyə prezident Vladimir Putin pay qoparmaq üçün əlini uzadanları yerində oturtmaq məqsədilə dəqiq mesaj göndərib.
Bir çox tərəfdən Norveç Dövlət Fondundan nümunə götürməklə bağlı təklif daxil olub. Dünyanın ən böyük dövlət fondu ölkədəki inflyasiyanın və milli valyutanın xoşagəlməz revalvasiyasının qarşısını almaq üçün pulunu xarici ölkələrdə əsasən səhmlərə yatırır.
Digər tərəfdən, rusiyalı sahibkarlar vəsaitin bir hissəsinin onların şirkətlərinə investisiya edilməsini tələb etməyə başlayıblar. Həmin şirkətlər arasında Rusiya Dəmir Yolları, Rusiya Poçtu, "Qazprom” qaz şirkəti, həmçinin özəl "Novatek” konserni kimi müəssisələr var.
Bir sözlə, hökumət ortaq məxrəcə gələ bilməyib. "Vedomosti” qəzetinin məlumatına əsasən, ən azından pulun bir hissəsi ölkə daxilinə investisiya ediləcək, çünki sanksiyalar böyük investisiya durğunluğuna gətirib çıxarıb.
Düzdür, investisiyalar bəzi böyük layihələr və sərt qaydalarla məhdudlaşadırılacaq. Beləliklə, investisiya layihələri dövlət fondu tərəfindən 20% -dən çox olmamaq şərti ilə maliyyələşdirilməli və onların gəliri ən azı Rusiya dövlət istiqrazlarının gəlirliliyinə (hazırda 6,5-8%) bərabər olmalıdır. Bundan əlavə, yaxın üç il ərzində daxili xərclər üçün yalnız 1 trilyon rubl ayrılacaq.
"BCS Global Markets” maliyyə qrupunun baş iqtisadçısı Vladimir Tixomirov "Die Welt”-ə açıqlamasında qeyd edib ki, bu məsələdə son söz hələ deyilməyib: "Parlament hələ düzəlişlər edə bilər. Düzəlişlər əhəmiyyətsiz olsa da, çox güman bəziləri pula böyük çıxış imkanı əldə edəcəyinə ümid edir”.
Məqalədə deyilir ki, Rusiya dövləti əvvəllər də "qara günə” pul ehtiyat edib, ona görə həm 2008-ci ildə, həm 2014-cü ildə başlayan beynəlxalq maliyyə böhranının təsirini yumşalda bilib.
Hazırda Rusiyanın qızıl valyuta ehtiyatı 540 milyard dollar təşkil edir. Bu, son 8 ilin ən böyük göstəricisidir. Qızıl valyuta ehtiyatlarının tarixi maksimumu 2008-ci ilin avqust ayına təsadüf edib. Həmin vaxt ehtiyat 598 milyard dollar təşkil edib.
Güman ki, gələcəkdə də valyuta ehtiyatı Milli Rifah Fondu sayəsində artmağa davam edəcək. Əgər Moskva gec-tez Norveç nümunəsinə uyğun artıq gəlirlərini beynəlxalq səhmlərə investisiya etmək qərarına gəlməsə.(Xarici pressa)