SON XƏBƏR

Neftin 40 dollar olmağına sevinməyin, süni artımdır... - Ekspert

İyun 08
14:32 2020
"İnsanları evə qapatmaq olmaz, çünki bunun ciddi fəsadları ola bilər”.

Qaynarinfo xəbər verir ki, bunu Natiq Cəfərli deyib. Onun sözlərinə görə, gələn həftə sonu 31-34 dərəcə isti olacaq:

"Küləksiz hava gözlənilir, bu havada insanları evlərə doldurmaq olmaz, bu, həm siyasi, həm sosioloji, həm psixoloji, həm də tibbi cəhətdən ziyanlıdır. Vitamin D virusa mənfi təsir edən amildir, günəş bizə həmin vitamini verir. Həftə sonu böyük malları, hətta qapalı məkanlarda yerləşın kafe, restoranları (açıq havada işləyə bilərlər), qeyri-ərzaq dükanlarını bağlamaq olar, amma insanları evə qapatmaq olmaz, bunun ciddi fəsadları ola bilər”.

Natiq Cəfərli bildirib ki, bizneslə yanaşı, insanların ruh halı da çökür: 

"Belə olmaz, vətəndaşların üzərində bu qədər eksperiment aparmazlar. Biz də öz üzərimizə düşən məsuliyyəti dərk edək - maska taxaq, fiziki məsafəni qoruyaq, əlcək taxaq, toplu şəkildə bir yerə toplaşmayaq. İqtisadiyyata böyük ziyan dəyib, kiçik-orta sahibkarlar qan ağlayır, bunun fəsadları hələ azı 1 il çəkəcək, onlara ciddi dəstək paketi lazımdır. Vətəndaşların sosial vəziyyəti ağırlaşıb, yeni dəstək proqramı qəbul olunmalıdır. Neftin 40 dollar olmağına sevinməyin, süni qiymət artımıdır, təməl problemlər yerindəcə qalıb, həm də Azərbaycan hasilatı gündəlik 164 min barel azaltmalıdır. Azalma artıq var. Məsələn, 700 min barel neft çıxarıb bunun 600 min barelini 30 dollara satasan, ya da 550 min barel neft çıxarıb bunun 450 min barelini 40-45 dollara satasan. Valyuta gəliri artmır axı”.

Natiq Cəfərli bildirib ki, Azərbaycanı çox ağır iqtisadi illər gözləyir: 

"Vətəndaşı da, iqtisadiyyatı da zopa ilə idarə etmək olmaz. Bu, bir yerə qədərdir, sonra təməl iqtisadi, siyasi və sosial qanunlar işə düşəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook