SON XƏBƏR

Neftin qiyməti 70 dollara çatdı

Mart 15
10:25 2021
Çinin güclü makrostatistik məlumatları sayəsində 15 mart səhərdən etibarən neft qiymətləri qalxıb. Ticarətçilər enerjidaşıyıcıların tələbinə nikbin baxırlar.
 
Qaynarinfo xəbər verir ki, xüsusilə Çində aviasiya yanacağına tələb artmaqdadır. Tələbin 2021-ci ilin fevralında bir il əvvələ nisbətən 3 dəfə çox olduğu ortaya çıxıb.

Nəticədə, Brent bir barel üçün 0,68% bahalaşaraq 69,69 dollara yüksəlib. 

WTI bir barel üçün 0,78% bahalaşaraq 66,12 dollar təşkil edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook