Neftin qiyməti stabilləşsə, iqtisadiyyat dirçələcək?
Dekabr 21
10:49
2016
Ekspertlər proqnozlarını açıqlayırlar, neftdən ümid kəsilmir
Neftin dünya bazarında qiyməti yenə müzakirə edilməkdədir. Ekspertlər neftin qiymətinin hansı həddə olmasının Azərbaycan iqtisadiyyatı üçün vacib olduğu barədə ehtimallarını bölüşürlər. Ekspertlərin fikrincə, neftdən asılı olan ölkə iqtisadiyyatının hələ də neft gözləntisi üzücüdür. Əksər proqnozlar neftin qiymətinin artmayacağı yönündədir.
Ekspertlər neftin qiymətinin hansı həddə olmasının Azərbaycan üçün gərəkliyini musavat.com-a açıqlayıblar.
Ekspert İlham Şaban musavat.com-a açıqlamasında bildirib ki, neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün müəyyən dərəcədə nəfəs verə bilir: "Buna görə qiymətin qalxmasının iqtisadiyyata təsiri düzgün arqumentdir. Çünki bizim iqtisadiyyat həmişə neftdən asılıdır. Ondan sonra hər hansı ciddi bir rol oynaması artıq düzgün məsələ deyil. Çünki biz əsasən 2016-cı ildə gedən proseslərə baxsaq, həm ölkə rəhbərliyinin, həm iqtisadiyyat nazirinin, maliyyə nazirinin yanında keçirilən iclaslardakı çıxışlara baxsaq, görərik ki, Azərbaycanda artıq iqtisadiyyat neftdən asılı deyil. ÜDM-də neftin xüsusi çəkisi 37 faizə düşüb. Rəsmi statistikada da bu, belədir. Əgər neftin xüsusi çəkisi bu qədər azalıbsa, neftin qiymətinin hər hansı bir həddə yüksəlməsinin Azərbaycan iqtisadiyyatında hər hansı dəyişikliyə səbəb olması şişirdilmiş bir işdir. Çünki normal Azərbaycanın iqtisadiyyatının addımladığı, gəlib çatdığı sahə budur ki, qeyri-neft sektoru dominantlıq edir. 62,5 faizi neftdən üstün bir sahədir. Bundan sonra iqtisadiyyat qeyri-neft sektorunun üstündə köklənməlidir. İndi misal üçün diqqətimi o fakt çəkdi ki, Azərbaycan hökuməti İtaliya şirkəti ilə 1,2 milyard avroluq metallurgiya kompleksi yaradır, 2020-ci ildə məhsul verməlidir. Qeyri-neft sektorunda bu, böyük bir kapital yönümlü sahədir. 2017-ci ildən 1,5 milyon ton neft hasilatı azalmağa doğru gedəcək. 2020-ci ilədək bizdə, hökumətin proqnozlarına görə, hasilatın azalması yavaş-yavaş baş verəcək. Bundan sonra neftin qiymətinin artmasının bizim iqtisadiyyatda heç bir böyük rolu olmayacaq”.
Ekspert Natiq Cəfərli "bizimyol.info”ya bildirib ki, gələn il yeganə ümid neftin qiymətinin artması ilə bağlıdır: "Çox güman ki, hökumətin də yeganə ümidi budur ki, neftin qiymətlərində müəyyən irəliləyiş ola bilər. Bunu da ehtimal etmək çətindir. Çünki neftin qiymətinə təsir edən amillər var ki, gələn il baş verməsi gözlənilir. Amma ən azından indiki səviyyədə - 55-60 dollar civarında qalacaqsa, ölkənin gəlirlərinin artmasında müəyyən pozitiv dinamika ola bilər. Bu isə həm manatın məzənnəsinin stabilləşməsində, həm də ölkədəki tədiyyə balansına və makroiqtisadi göstəricilərə müsbət təsir göstərə bilər. Yəni 55-60 dollar qiyməti olacaqsa, obrazlı desək, iqtisadiyyat ”nəfəs ala biləcək".
Bu sahədəki problemlərin aradan qaldırılması üçün atılmış və atılacaq addımlara gəlincə, ekspert bildirir ki, bəzi sahələrdə müəyyən işlər görülür: "Kənd təsərrüfatı, turizm və s. sahələrdə müəyyən addımlar atılsa da, bu, xaotik və sistemsiz olduğu, həm orta və uzun vədəyə hesablandığı üçün dərhal müsbət təsir göstərəcəyinə inanmaq çətindir. Yəni zaman olaraq mümkün deyil. Məsələn, pambıqçılıq inkişaf etdirilməlidirsə, bu sahənin özü üçün də investisiyaya ehtiyac var. Ölkəyə çox sayda texnika, yeni toxum növləri gətirilməlidir, insanlarda stimullaşdırma proqramları aparılmalıdır ki, pambıq əkməyə maraq göstərsinlər. Bunların da hamısı valyuta tələb edən məsələlərdir. Çünki ölkənin nə texnikası var, nə toxumu, nə də gübrəsi. Hamısı xaricdən alınmalıdır və bu da ölkədən valyuta çıxışını sürətləndirə, tələbatı daha da artıra bilər. Təbii ki, atılacaq addımların bir müddət sonra effekt verəcəyi ehtimalı var. Amma bu, orta və uzun vədəli olduğu üçün yaxında nəticə görünmür”.
O vurğulayır ki, bu il mövcud olan problemlərin davam etməsi və yeni problemlərin ortaya çıxması, 2017-ci ildən yaxşı gözləntilər ehtimalını aşağı salır.

Natiq Cəfərli əlavə edir ki, Azərbaycanda hazırda çatışmayan iki başlıca məsələ var: "Biri zaman məsələsidir ki, getdikcə daralır və problemlər artır. İkincisi isə maliyyə resurslarıdır. Bu sahədə də ciddi problem yaşanır. Ölkənin maliyyə resursları sürətlə tükənir. Mərkəzi Bankın ehtiyatları artıq 4 milyarda düşüb və bundan artıq xərcləmək istəmirlər. Düşünürəm ki, belə də olacaq, gələn il Mərkəzi Bank hərraclarda iştirak etməyəcək. Neft Fondunun da ehtiyatları məhduddur və gələn il bazara cəmi 4 milyard dollarlıq valyuta çıxara biləcək. Ölkənin valyutaya tələbatı isə 11-12 milyard dollardır. Buna görə də böyük disbalans yaranacağını ehtimal etmək olar”.