SON XƏBƏR

"Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında şok yaratmayacaq” - RƏY

Mart 09
12:42 2020
"Dünya bazarında neftin ucuzlaşması neft ölkələri, o cümlədən Azərbaycan üçün heç də yaxşı hal deyil, amma qiymət azalması iqtisadiyyatımızda şok yaratmayacaq"

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, milli iqtisadiyyat Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində xeyli şaxələndirilib: 

"Son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda qeyri-neft sektorunun payının artmasına səbəb olub. Bundan əlavə, Azərbaycanın qızıl-valyuta ehtiyatları da dövlət büdcəsi ilə bağlı öhdəlikləri yerinə yetirməyə imkan verir. Hesab edirəm ki, büdcə qanunvericiliyində nəzərdə tutulan tədbirlərin hamısı vaxtında yerinə yetiriləcək", - deyə millət vəkili qeyd edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook