SON XƏBƏR

Nelli Fabriçnaya müdirindən oğurladığı pulları sevgilisinə verirmiş - Məhkəmə işi

Dekabr 26
16:05 2022
Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid Dilara Qadimova bildirib ki, bu işdə təqsirləndirilən şəxslə həm tələbə yoldaşı, həm də yaxın rəfiqə olub:

"Mən ona maddi yardım etməsini xahiş etdim. Çünki yaxın rəfiqə idik. Ancaq xəbərdarlıq etdim ki, bu borcu birdəfəyə qaytara bilməyəcəm. Çünki dişlərimi müalicə edirdim və ev tikmək üçün torpaq almışdım, krediti ödəməli idim. O isə qarşılıqsız kömək edəcəyini bildirdi. Lakin buna etiraz etdim. Nəticədə 2 min 730 manat borc aldım. Nelli mənə bahalı hədiyyələr də verirdi. Günlərin bir günü Nelli mənə işlədiyi şirkətdə oğurluq hadisəsinin baş verdiyini, 400 min dollar oğurlandığını söylədi. Onun sözlərinə görə, həmin pulu mühasib və xadimə oğurlayıb, lakin onun üstünə atırlar. Polisdə olanda mənə söylədi ki o pulları sənə kömək etmək üçün şirkətdən oğurlamışam. Bu sözü eşidəndən sonra onunla əlaqəni tamamilə kəsdim. Halbuki o, sevgilisi Raufa pullar verirdi. Buna görə onu hər dəfə danlayırdım".

Məhkəmə prosesi 2023-cü ilin yanvarın 9-na davam etdiriləcək.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi və avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook