Nərgiz İsmayılova yenidən Avropa çempionatına təyinat alıb
May 06
07:02
2021
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
N.İsmayılova 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin "D” qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.