Nərgiz Paşayeva da Bakıda tarixi binaların sökülməsinə qarşı çıxdı
May 31
16:25
2016
Dünən virtualaz.org yazmışdı ki, sosial şəbəkələrdə keçmiş "Sovetski” küçəsində söküntüsünə başlanan Bakının tarixi binalarının müdafiəsi üçün imza toplama kampaniyası başlayıb.
Xatırladaq ki, ötən həftə Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, Bakının Yasamal rayonundakı bəzi yaşayış və qeyri-yaşayış obyektləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələriniun siyahısı”ndan çıxarılıblar. Beləliklə, XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid 30-a yaxın tarixi abidə sökülmək təhlükəsi qarşısında qalıb. Azərbaycan ziyalıları, görkəmli şəxsiyyətlər, elm adamları petisiyanı imzalayaraq, Azərbaycan paytaxtının simasının dəyişdirilməsinə öz hiddətlərini bildiriblər. Ümumilikdə, ölkə rəhbərliyinə müraciəti 3 minə yaxın insan imzalayıb.
Virtualaz.org xəbər verir ki, petisiyanı imzalayanlar arasında Azərbaycanın birinci xanımının bacısı, Lomonosov adına MDU-nin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da var.
Qlobal.az