SON XƏBƏR

Netanyahu Blinkenin bu təklifini rədd etdi" - ABŞ mətbuatı

Yanvar 18
16:28 2024
İsrailin Qəzzaya hücumlarıyla bağlı Bayden administrasiyası ilə Benaymin Netanyahu arasında olan fikir ayrılıqları son günlər daha da aydınlaşıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin "NBC News" telekanalına yüksək rütbəli dövlət rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, Netanyahu ABŞ-nin Fələstin dövlətinin müstəqilliyini tanımaq müqabilində, Səudiyyə Ərəbistanı ilə normallaşma planını rədd edib.

Qeyd olunur ki, Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenin "Hizbullaha müharibə elan etməmək" təklifindən başqa digər bütün təkliflərə qarşı olduğunu bildirib.

Qeyd edilib ki, Blinkenin Yaxın Şərq turnesi zamanı ərəb ölkələrinin liderləri isə Fələstin hökumətini dəstəkləyəcəklərini bəyan ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook