Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib
May 27
10:28
2024
İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.
Məlumata əsasən, İsrail tərəfi mayın 25-də əsirlərin mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftədən davam etdirməyə hazır olduğunu bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunub ki, qarşı tərəf bu təklifi cavabsız qoyub.
APA xəbər verir ki, bu barədə İsrailin "KAN” telekanalı məlumat yayıb.
Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət başçısına çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalanadək mübarizənin davam etdiriləcəyini bildirib.