SON XƏBƏR

"Netim Telekom" MMC rabitə qaydalarını pozub - Məhkəmə qərar verəcək

İyul 27
10:45 2023
"Netim Telekom" MMC barəsində rabitə qaydaları əleyhinə olan (Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi) inzibati xəta protokolu tərtib edilib.

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsinə görə, mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İş Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın icraatındadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook