Niderland Ukraynanı məğlub etdi
İyun 14
03:25
2021
Futbol üzrə Avropa çempionatında C qrupunun ikinci oyunu keçirilib.
"Report"un məlumatına görə, "Amsterdam Arena"da Niderland yığması Ukrayna millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb. Görüşdə əsas hadisələr ikinci yarıda yaşanıb.
52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb. Ukrayna yığmasının heyətində Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk 79-cu dəqiqədə bərabərlik qolunu vurub.
Denzel Dümfris isə 85-ci dəqiqədə Niderlanda qələbə qazandıran qola imza atıb.