SON XƏBƏR

Nikoil Bank bağlanır? — “Əmanətçilərin əmanətini qaytara bilmirlər”

Mart 04
22:35 2017
Manatın kəskin ucuzlaşması, dolların manata nisbətən bahalaşması fonunda dollarla kredit götürən vətəndaşların bir hissəsi borcunu ödəməkdə çətinliklərlə üzləşdi. Bu isə banklarda problemli kreditlərin sayında kəskin artışa səbəb oldu.
 
"Ölkə.Az”a daxil olan məlumata görə "Nikoil Bank” kredit şöbəsinin işçilərini kütləvi ixtisara salır. Buna səbəb kimi isə bankın kredit vermək gücündə olmamasıdır.

Yaxın günlərdə isə "Nikoil Bank”-ın kredit şöbəsinin tamamilə ləğv ediləcəyi məlumatı daxil olub.
 
Nəticədə isə "Nikoil Bank” ötən il lisenziyaları ləğv edilən "Dekabank”, "Kredobank”, "Parabank” və "Zaminbank”-ın aqibətini yaşamaqdadır.

Xatırladaq ki, Mərkəzi Bank problemli banklara digər banklarla birləşməyi tövsiyə etmişdi.
 
1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən "Nikoil Bank” fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci ildən "Nikoil” adı ilə fəaliyyət göstərir.
 
Ölkədəki bankların vəziyyəti və "Nikoil Bank”-ın problemləri və bankın taleyi ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov fikirlərini "Ölkə.Az”-la bölüşüb:
"Ümumən Azərbaycan banklarının vəziyyəti acınacaqlıdır. Problemli kreditlər çoxdur, buna görə də əmanətçilərin əmanətlərini qaytara bilmirlər. 2016-cı ilin dördüncü rübü üzrə 32 bankımızdan 15-i maliyyə hesabatını gizlədib, yəni, dərc etməyib. Bank əgər maliyyə hesabatını dərc etmirsə demək ki, vəziyyəti pisdir. Yerdə qalan 17 bank maliyyə hesabatını dərc edib, ancaq maliyyə hesabatlarından görünür ki, bir hissəsinin vəziyyəti pisdir. Məsələn, "Nikoil Bank”ın hesabatında görünür ki, bank ötən ili 148 milyon manat zərərlə başa vurub. "Nikoil Bank”ın vəziyyəti çox pisdir.
Azərbaycanlı iş adamının restoranı partladıldı

Maliyyə hesabatlarında guya vəziyyətlərini yaxşı göstərənlər də var.
 
Maliyyə hesabatlarında bəzi banklar vəziyyətini yaxşı göstərib. Ancaq bilirəm ki, maliyyə hesabatı yaxşı olan bankların bir qismi heç əmanətləri belə qaytara bilmir. Bu o deməkdir ki, maliyyə hesabatları əslində həqiqətləri özündə əks etdirmir. Buna görə də hələ xeyli bankın müflisləşməsi qaçınılmazdır. Bu ilin ərzində mütləq bir neçə bank müflisləşib bağlanacaq. Başqa variantları yoxdur”.
 
Bankların birləşərək bu vəziyyətdən çıxa biləcəkləri fikirinə gəldikdə isə iqtisadçı ekspert bildirdi ki, birləşmə evlənmə kimi bir şeydir:
 
"Əgər evlənənlərdən biri xəstədirsə onların evlənməsi mümkün deyil. Əgər bank xəstədirsə o bank bağlanmalıdır. Hər bankın öz sahibi var və onlar hansısa razılığa gəlməlidirlər, onların payları yeni bankda azalmalıdır. Öz banklarında 100% payı olanlar yeni bank yaradanda təbii ki, bu pay azalacaq. Bu zaman da faizin necə müəyyən edilməsi prosesi ortaya çıxacaq. Kimin kapitalı daha çoxdursa o bank sahibinin payı daha çox olmalıdır. Ancaq yuxarıda dediyim kimi, bankların maliyyə hesabatlarına inanmaq olmaz. Birləşmək üçün banklar gərək tam şəffaf olsunlar, tam məlumat versinlər. Ancaq məlumatı tam vermirlər. Çünki bizdə sahibkarlar arasında bir-birilərinə etimad yoxdur. Bu baxımdan bizdə birləşmə mümkün deyil. Ona görə də, bankların bağlanması prosesi mütləq davam edəcək. Bu da nəticədə maliyyə sistemimizi çox ağır böhrana salacaq.
 
Banklar elə belə çökmür, ilk növbədə banklar onları idarə edən şəxslərin günahları, korrupsiyaları və oğurladıqları pullara görə çökür. Buna görə də, bütün banklarda yoxlama olmalıdır və bankların pullarının hara itdiyini tapmaq lazımdır. İllər ərzində banklar sahibkarlara, vətəndaşlara verdiyi kreditlərə görə yüksək gəlir əldə ediblər. Haradadı o pullar? O pulları axtarıb tapmaq lazımdır”.
 
"Nikoil bank”ın kredit şöbəsinin işçilərinin ixtisar edilməsi məsələsinə gəldikdə isə Əkrəm Həsənov dedi ki, bu bankın bağlanması ilə nəticələnə bilər:
 
"Qanuna görə bank mütləq kredit verməlidir. Bank kredit vermirsə, qanuna görə o bank bağlanmalıdır. "Nikoil bank”da keçən ilki komanda dəyişdirilib. Son vaxtlar "Nikoil bank”da yeni kadr dəyişikliklərini müşahidə edirəm və görünən odur ki, bəzi dəyişikliklər əvvəlkilərə nisbətən daha pisdir. Ona görə də, bu bankın bağlanması gözləniləndir. Azərbaycanda hansısa bankın bağlanmasını istəmirəm. Ancaq Nikoil bank”ın bu böhrandan sağ çıxa biləcəyinə inanmıram”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook