“Nikoil Bank”- da sahibkarlardan “şapka” alan Vano kimdi?
Sentyabr 06
09:51
2017
Nikoloz Şurqaia bankdakı bütün kredit əməliyyatlarını gürcü əsilli dostlarına tapşırıb
Son aylar qeyri insani-münasibətlərin və iqtisadi maxinasiyaların tüğyan etdiyi banklardan biri olan və neqativ informasiyalarla ölkədə gündəmdən düşməyən "Nikoil Bank”dan gələn hər yeni "xəbər” insanları təəccübləndirməyə bilmir.
Əldə etdiyimiz məlumata görə, Nikoloz Şurqaia bankda əsas maliyyə işlərini öz yaxın adamlarına tapşırıb. Bildirilir ki, "Nikoil Bank”dan ölkədə fəailiyyət göstərən azərbaycanlı sahibkarlara verilən böyük məbləğlərdə kreditlərlə bank sədrinin yaxın dostları - gürcü əsilli şəxslər məşğul olur.
Bu barədə AzFakt.com-a verilən məlumatda iddia olunur ki, Nikoloz Şurqaianın ən böyük etimad bəslədiyi makler isə milliyətcə gürcü olan Vano adlı şəxsdir. Bu şəxsin həyata keçirdiyi kredit proseslərindəki rəqəmlər ilkin olaraq altı rəqəmdən başlayır. Ancaq bu heç də aşağı rəqəmlərlə kreditlərin azərbaycanlı işçilər tərəfindən verilməsi demək deyil. Belə ki, "Nikoil Bank”da aşağı rəqəmli kreditlərin də əksəriyyətini əcnəbi işçilər həyata keçirir. Bu işlərdə Nikoloz Şurqaiaya Vano ilə bərabər kömək edənlərdən biri də İrakli adında daha bir gürcü vətəndaşıdır.
Qeyd edək ki, Vano "Nikoil Bank”da outsource xidmət müqaviləsi əsasında çaılışır. Kredit götürmək istəyən yerli biznesmenlərdən "şapka” almağın "peşəkar”ı olan Vanonun bir müddət əvvəl avtomobil qəzası keçirdiyi deyilir. Məlumata görə, hazırda Vano Gürcüstanda müalicə olunduğu üçün, "Nikoil Bank”ın kredit xidmətində ciddi durğunluq yaranıb. Belə ki, bankdan kredit götürmək istəyən sahibkarlara heç bir səbəb göstərilmədən bir müddət gözləmələri tövsiyə olunur.
Sonda xatırladaq ki, "Nikoil Bank”ın İdarə heyətinin sədri Nikoloz Şurqaianın Azərbaycana, xalqımızın adət-ənənələrinə, faciələrinə də biganə münasibət bəslədiyi deyilir. Ona bu günədək "20 Yanvar” və "Xocalı faciəsi” və digər rəsmi günlərdə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək təklif olunub. Amma gürcü bank rəhbəri həmişə bundan imtina edib, ziyarətə işçilərini göndərməklə kifayətlənib. Nikoloz Şurqaianın ölkəmizə qarşı biganəliyinin, hörmətsiz münasibətinin səbəbini isə bilən yoxdu.
Son aylar qeyri insani-münasibətlərin və iqtisadi maxinasiyaların tüğyan etdiyi banklardan biri olan və neqativ informasiyalarla ölkədə gündəmdən düşməyən "Nikoil Bank”dan gələn hər yeni "xəbər” insanları təəccübləndirməyə bilmir.
AzFakt.com-un ötən sayında qeyd etmişdik ki, "Nikoil Bank”ın yeni rəhbəri Nikoloz Şurqaia rəhbərliyə gəldiyi gündən yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirir. Bank rəhbərinin yerli işçiləri "gözümçıxdı”ya salması səbəbindən bankda çalışan həmvətənlərimiz sosial vəziyyətlərinin ağırlığına baxmayaraq "könüllü ərizə” yazaraq iş yerlərindən gedirlər.
Nikoloz Şurqaia
"Nikoil Bank”ın rəhbəri Nikoloz Şurqaia ilə bağlı olan digər təəssüfedici xəbər isə bank rəhbərinin "Facebook” sosial şəbəkəsində ermənilərlə yaxından dostluq eləməsidir. Amma bu dostluq təkcə sosial şəbəkə ilə bitmir. İddiaya görə "Nikoil Bank”ın rəhbəri səfər etdiyi Avropa ölkələrində ermənilərlə tez-tez məclislərdə olur. Əslində xarici bir vətəndaşın ermənilərlə dostluq etməsinin, yazışmalarının bizə dəxli yoxdur. Amma Nikoloz Şurqaia Azərbaycanda çalışır, Azərbaycan isə Ermənistanla müharibə vəziyyətindədir. Onun yazışdığı ermənilərin əksəriyyəti Azərbaycana qarşı radikal münasibət nümayiş etdirir, ölkəmizə qarşı anti-təbliğat aparırlar.
Bu barədə AzFakt.com-a verilən məlumatda iddia olunur ki, Nikoloz Şurqaianın ən böyük etimad bəslədiyi makler isə milliyətcə gürcü olan Vano adlı şəxsdir. Bu şəxsin həyata keçirdiyi kredit proseslərindəki rəqəmlər ilkin olaraq altı rəqəmdən başlayır. Ancaq bu heç də aşağı rəqəmlərlə kreditlərin azərbaycanlı işçilər tərəfindən verilməsi demək deyil. Belə ki, "Nikoil Bank”da aşağı rəqəmli kreditlərin də əksəriyyətini əcnəbi işçilər həyata keçirir. Bu işlərdə Nikoloz Şurqaiaya Vano ilə bərabər kömək edənlərdən biri də İrakli adında daha bir gürcü vətəndaşıdır.
Qeyd edək ki, Vano "Nikoil Bank”da outsource xidmət müqaviləsi əsasında çaılışır. Kredit götürmək istəyən yerli biznesmenlərdən "şapka” almağın "peşəkar”ı olan Vanonun bir müddət əvvəl avtomobil qəzası keçirdiyi deyilir. Məlumata görə, hazırda Vano Gürcüstanda müalicə olunduğu üçün, "Nikoil Bank”ın kredit xidmətində ciddi durğunluq yaranıb. Belə ki, bankdan kredit götürmək istəyən sahibkarlara heç bir səbəb göstərilmədən bir müddət gözləmələri tövsiyə olunur.
Sonda xatırladaq ki, "Nikoil Bank”ın İdarə heyətinin sədri Nikoloz Şurqaianın Azərbaycana, xalqımızın adət-ənənələrinə, faciələrinə də biganə münasibət bəslədiyi deyilir. Ona bu günədək "20 Yanvar” və "Xocalı faciəsi” və digər rəsmi günlərdə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək təklif olunub. Amma gürcü bank rəhbəri həmişə bundan imtina edib, ziyarətə işçilərini göndərməklə kifayətlənib. Nikoloz Şurqaianın ölkəmizə qarşı biganəliyinin, hörmətsiz münasibətinin səbəbini isə bilən yoxdu.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az