"Nikoyl Bank" bağlanır- Təfərrüat
Noyabr 09
08:52
2016
Hakimiyyət bank sektorunu çətin vəziyyətə salıb. Əldə etdiyimiz bilgilərə görə, bağlanan bankların sırasında "Nikoyl Bank” da qoşulacaq
Xəbərdə iddia olunur ki, 11 bankın lisenzasiyası ləğv olunub və daha biri eyni taleni yaşayacağı istisna deyil.
Bankın işçiləri ixtisar edilir, bonuslar kəslir, maaşlardan tutulur. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankın lisenziyasının ləğvi gözlənilir.
Mərkəzi Bankın da proseslərə seyirçi mövqeyində dayandığı görünür. Bu bankda rəhbərliyin 100-dən artıq əməkdaşı ixtisara salması vəziyyəin gərginliyindən xəbər verir.
Bu bankların isə hansı nazir və məmurların himayəsində olduğu ictimaiyyətə məlumdur. Ölkənin bank sektorunda elə bir müəssisə qalmayıb ki, vəzifəli şəxs tərəfindən idarə olunmasın. Onların fəaliyyəti isə xalqı soymağa, yüksək faizlərlə müflis etməyə, kredit bataqlığında boğmağa yönəlib.
Xəbərə görə, devalvasiyadan sonra bankların çöküşü isə onların işini çətinə salıb. Ona görə də yenidən start götürən məmurların bankları heç olmasa dollar satışından qazancla çıxmaq arzusundadır.
Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur.
Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər. Bu arada gununsesi.info yazmışdı ki, filial müdirlərinə və departament rəhbərlərinə təzyiq göstərilərək zorla işdən getməsi barədə ərizə yazmaq tələb olunur.
Eyni zamanda filial müdirlərinin bonusları bankın qaydalarına zidd olaraq kəsilib. Onlara nəzərdə tutulan məbləğin cəmi 25-30 faizi ödənib. Buna etiraz edən bank işçilərinə isə Elnur Vəliyev qapını göstərib.

Günbəgün yoxsullaşan əhalinin taleyini düşünməyən məmurların bankları isə nə faizləri aşağ salır, nə də güzəştlər var. Artıq məsələyə ölkə rəhbərliyinin müdaxilə etməsinə zərurət yaranıb.
(Politika.az)
Qlobal.az