Niyə yaponlar bu qədər dözümlüdür?
Avqust 10
00:23
2020
Müntəzəm olaraq təbii fəlakətlərə məruz qalan Yaponiya bir o qədər də qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində qalıb. Bəzilərinin iddia etdiyi kimi, bu cür situasiyalar yaponların milli-mədəni cizgilərinə dözümlülük kimi cəhətin də əlavə edilməsinə səbəb olub.
Tokionun 130 km şimalında Takasaki-dəki Shorinzan Darumaji məbədində ziyarətçiləri yüzlərlə kukla qarşılayırdı.
Əsasən qırmızı rənglə rənglənmiş hər bir kuklanın sərt qətiyyət ifadəli, donmuş iri qara gözləri olan bığlı sifəti var idi.
Bu, Çində Zen buddizmini yayan Bodidharma-nın simasını təsvir edən Daruma adlı Yaponiyanın ən məşhur bəxt talismanıdır.
Takasaki fermerləri 200 ilə yaxındır ki, papier-mache-dən bu cür kuklalar düzəldib satırlar və bunlara yaponların evlərində tez-tez rast gəlmək olar.
Məbədin qonaqları burada özləri üçün Daruma kuklasını ala bilərlər. Təzə kuklanın göz bəbəkləri rəngsiz olur. Kuklanı alan ürəyində bir arzu tutur və kuklanın sol gözünü rəngləyir. İstəyi yerinə yetirildikdən sonra həmin adam kuklanın ikinci gözünü də rəngləyir.
Bir il başa çatdıqda isə kuklanın sahibi onu məbədə hədiyyə edərək özünə təzə Daruma kuklası alır və ürəyində yeni bir arzu tutur.
Yeni ildə isə sahiblərinin arzularının çin olmasına xidmət etmiş Daruma kuklalarının yandırılma mərasimi keçirilir.
Daruma kuklaları Yaponiyada ən populyar bəxt talismanıdır
Lakin Daruma yalnız talisman deyil – onun daha dərin mənası var. Hər Darumanın dib hissəsi qalan hissəsinə nisbətən daha ağırdır, odur ki, bu kuklanı tərəfdən-tərəfə yelləyərək yıxmağa cəhd edəndə, o yenidən əvvəlki vəziyyətinə qayıdır.
Talismanın bu xüsusiyyəti çox vaxt son həddə dirənməli olmuş bu millətin dayanıqlıq rəmzinə çevrilib.
Müntəzəm olaraq fəlakətlərlə – təbii və qeyri-təbii- üzləşən Yaponiya hər dəfə yaşadığı çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində qalıb.
Son 100 il ərzində Yaponiyada 1923-cü ilin Böyük Kanto zəlzələsi baş verib, nəticədə Tokio yerləyeksan olub, 1945-ci ildə Hirosima və Naqasaki şəhərlərinə iki nüvə bombası atılıb, Kobe şəhərində 1995-ci ildə zəlzələ baş verib, cəmi iki aydan sonra Tokio metrosunda zarin qazı hücumu törədilib və 2011-ci ildə Tohoku regionu üç zərbəyə məruz qalıb - zəlzələ, tsunami və nüvə stansiyasında texnogen qəza.
Keçən ilin oktyabrında Hagibis qasırğası ölkədə miqyaslı dağıntılara və insan itkisinə səbəb olmuşdur. Amma bəzilərinin düşündüyü kimi, bu iztirablar millətdə möhkəmlik və dözümlülük kimi mədəni keyfiyyətlərin əmələ gəlməsinə səbəb olub.
"Daruma kuklası kimi yıxılanda həmişə qalxır,” - Yaponiyada böyümüş, New Yorkdakı Yaponiya Cəmiyyətinin prezidenti və baş direktoru olan doktor Joshua W Walker deyib. - Yaponiya dözümlülük nümunəsidir”.
Daruma kuklası neçə dəfə yıxılmağınızdan asılı olmayaraq, qalxmağınızın həmişə vacib olduğunu xatırladır. Yaponiyada tez-tez xatırladılan bir atalar sözü var: "nana korobi ya oki”, yəni "yeddi dəfə aşağı, səkkiz dəfə yuxarı".
Yapon uşaqları erkən yaşlarından ganbaru (dözümlülük) ruhunda tərbiyyə olunur.
2011-ci ildə Tohoku yaxınlığında baş vermiş zəlzələ Yaponiyanın şərq sahilyanı bölgəsində geniş miqyaslı dağıntılara səbəb oldu
Yaponiyada kifayət qədər çox vaxt qalsanız, görərsiniz ki, yaponların gündəlik nitqində dözüm və mətanət mənasını verən sözlər tez-tez işlənir: "şoganai" və ya "şikata qa nay" (nə etmək olar); "qanbaru”, "qanbatte” (əlindən gələni et), "qaman” (əzmkarlıq) - tez-tez söhbət zamanı işlədilən bu sözlər əzmkarlığın yüksək qiymətləndirilməsinə dəlalət edir.
"Şoqanai" və "qanbatte” çox vaxt qatara gecikəndə və ya imtahana girəndə işlədilsə də, həmin sözlər həm də Yaponiya üçün ən travmatik dövrləri xatırladır.
1945-ci ildə ölkə İkinci Dünya Müharibəsinin sonunda qeyd-şərtsiz təslim olmaqla alçalmağa və iqtisadi iflasa hazırlaşarkən, imperator Hirohito radioçıxışında yaponları "dözülməz olanlara dözməyə, çəkilməz əzabları çəkməyə" çağırıb.
2011-ci ildə Tohoku zəlzələsindən və tsunamidən sonra xarici müşahidəçilər dükanların qarşısında növbəyə düzülən və talanlara yol verməyən sakit və nəzakətli insan mənzərəsinə məəttəl qalmışdılar.
"Yapon dözümlüyü onların mədəniyyət keyfiyyətidir," - Los Angeles Times qəzeti 2011-ci ilin mart ayında bu cür başlıqla çıxıb.
Hirosima nüvə hücumuna məruz qalan dünyanın ilk şəhəridi və o vaxtdanbəri imicini tamamilə dəyişərək Sülh Memorialı Şəhəri funksiyasını yerinə yetirir
Ancaq bu müqavimət ruhunu tənqid edənlər də olub. 2011-ci ilin aprel ayı Economist jurnalındakı məqalədə yaponların təmkinliyi "qamanla susdurulmanın” nəticəsi kimi təsvir olunaraq "Tohokudakı insanların bu ifadədən hiddətlənməyə başladığı” iddia edilib. Japan Times nəşri isə yazıb ki, qaman fəlakətlər qarşısında passiv dözümlüyə sövq edən, insanları nəsə etmək zərurətindən azad edən bir çağırış kimi səslənir.
Time jurnalı isə hesab eir ki, [şoqanai] ifadəsində nəzərdə tutulan "fatalizm" həyatın yetirdiyi sınaqlar qarşısında yalnız acizlik deyil, həm də nəzarətdən çıxan hadisələri aradan qaldırmaq üçün təmkinli bir qətiyyəti işarə etmiş olur”.
Doktor Walker hesab edir ki, Yaponiya çətinlikləri nəinki aradan qaldırır, həm də onlardan enerji alaraq daha da güclənir. Məsələn, Tokionun 1923-cü il zəlzələsindən və 1945-ci ilin ABŞ bombardmanlarından sonra yenidən bərpa edilməsi paytaxtı müasir bir şəhərə çevirmişdir.
Xirosima sadəcə bərpa olunmamışdı, o, 1949-cu ilin tikintisi haqqında qanunda deyildiyi kimi, "gerçək və möhkəm sülhə səmimi meyili" əks etdirən dünya abidəsi olan şəhər kimi tamamilə yenidən düşünülmüşdü.
Fəlakətdən sonrakı könüllülük hərəkatının yaranmasına təkan verən Kobe zəlzələsi isə indi Yaponiyanın vətəndaş fəallığında dönüş nöqtəsi hesab olunur.
Tohoku bölgəsinə Fukuşima rayonunun təbii və texnogen qəzalara uğraması isə bu ərazidə yenidənqurma layihələri və nüvə enerjisinə alternativ enerji mənbələrinin axtarışına təkan vermiş oldu. Artan sayda bu əraziyə gələn turistlər dəyişikləri əyani olaraq müşahidə edə bilirlər.
Son bir neçə il ərzində Fukuşima prefekturasının rəsmiləri "ümid turizmi" adlı konsepsiyanı inkişaf etdirirlər. Həmin konsepsiya çərçivəsində turist səyahətləri təşkil edən Takehiro Okamoto deyir ki, turistlər Fukuşimada "təkcə zəlzələ və nüvə qəzasından deyil, həm də çətinliklərin aradan qaldırılmasından və bərpa işlərindən də dərs ala bilirlər”.
Bu konsepsiya çərçivəsində təşkil edilən turlar zamanı turistlər Fukuşima AES-i yerləşən və stansiyada baş verən qəzadan zərər çəkmiş ərazilərə baş çəkirlər, stansiyanın bağlanma planları ilə, yerli əhalinin həyat və gündəlik iş tərzi ilə tanış olurlar.
"İştirakçılar gələcəyimiz haqqında - enerji, yerli icmalar və həddindən artıq istehlak mədəniyyəti ilə bağlı problemlər haqqında düşünməyə başlayır," - Okamoto deyir.
2011-ci ildə baş vermiş Fukuşima qəzasından sonra Okamoto qeyd etdiyi kimi, bütün Yaponiya boyu bərpa olunan enerji mənbələrinə maraq artdı. Fəlakətdən sonra nüvə enerjisini yenidən nəzərdən keçirmək uğrunda kütləvi hərəkat səfərbər olundu və bu, son onilliklərdə ölkədə görünməmiş miqyaslı etirazlara səbəb oldu. "Bütün atom elektrik stansiyaları dayandırıldı, günəş enerjisi ilə işləyən obyektlərə investisiyalar artırıldı," - Okamoto bildirib.
1945-ci ildə Tokio şəhəri ABŞ hava hücumları nəticəsində dağıdılmışdı
"Təəssüf ki, - Okamoto anti-nüvə hərəkatı haqqında düşünərək deyib, - biz Yaponiyanın bütün enerji siyasətinin yönünü dəyişdirə bilməmişik".
2015-ci ilin avqustunda dördillik fasilədən sonra Kyuşu adasında Sendai nüvə elektrik stansiyası Yaponiya AES-ləri arasında reaktorlarının işini bərpa edən ilk stansiya oldu.
Lakin Fukuşimada yerli rəsmilər regionu 2040-cı ilə qədər bərpa olunan enerji ilə 100 faiz təmin etmək niyyətindədir.
Okamoto bu ərazinin parlaq gələcəyi üçün "işartılar" görür: onun üşün bu, uzun müddət təcrid olunmuş Tohoku sahilyanı rayonunu mərkəzi Tohoku və Tokio ilə birləşdirən yeni avtomobil yoludur. Okamoto, eyni zamanda, Yaponiyanın nadir ziyarət edilən şimal-şərq sahili boyunca 1000 km uzunluğu olan, zəlzələ və tsunamilərin təsirinə məruz qalmış dörd prefektura üzərindən çəkilən Miçinoku sahilyanı yolunu bir işartı kimi görür.
O, həmçinin ümid turizmini fəlakətin fəsadlarını yaddaşda saxlamaq vasitəsi kimi də nəzərdən keçirir.
"Yaponların yaddaşında bədbəxt hadisələrin xatirəsi vaxt keçdikcə yox olur. Beləliklə, biz [onlara] səyahətimiz boyunca yerli əhali ilə söhbətlər vasitəsilə problemləri xatırlatmaq və yenidən nəzərdən keçirməyə imkan vermək istəyirik”.
Okamoto Yaponiyanın yaşadığı çoxsaylı fəlakətlərin yapon xalqını "çox dözümlü və vahid" etdiyini söyləyir. Eyni zamanda, o qeyd edir ki, insanlar həmin hadisələri asanlıqla unutmağa hazır olur və demək, yenidən eyni səhv təkrarlana bilər.
Michinoku sahilyanı yolu Yaponiyanın nadir hallarda ziyarət edilən şimal-şərq sahil xətti boyu uzanır
Doktor Walker isə daha nikbindir, o, dünyanın indi hər zamankindən daha çox Yaponiyadan dərs götürə biləcəyini düşünür.
"[Yaponiyada] fəlsəfi bir anlayış var ki, həyat qaçılmaz tərzdə fərddən daha böyük olan fəlakətlər və qələbələrdən ibarətdir, - o deyir. - İndiki dövrdə qlobal miqyasda bu cür baxış xüsusilə aktual və faydalıdır”.
2020-ci ilin Tokio Olimpiadasının məşəl estafeti martın sonlarında Fukuşima şəhərində başlamalı idi.
Olimpiya məşəli bölgənin doqquz il əvvəl baş verən hadisələrdən indiyədək keçdiyi bərpa yolunu simvolizə etməli idi. Lakin Oyunların təxirə salınması ilə bu estafet də ləğv edildi. Olimpiada 2021-ci ildə baş tutarsa, ehtimal ki, onun diqqəti daha yeni və qlobal fəlakətə köklənəcək: koronavirus pandemiyasından sağalmağa doğru aparan yola.
Şüalanma qorxusu yavaş-yavaş sönməyə başlayanda, başqa bir görünməz təhlükə onun yerini tutdu. Bir çoxumuzun bu vəziyyətə dözməkdən və bəlkə də sonrakı dövrdə dünyanın daha yaxşı olacağına ümid etməkdən başqa bir çarəsi qalmır.
Bu, bəlanın həyatın qaçılmaz bir hissəsi olduğunu yada salan bir xəbərdarlıqdır.
Dünyanın bir çox hissəsi qapanmağa çalışdığı bir dövrdə, Takasaki-dəki Daruma kuklaları həmişə olduğu kimi dözümlülük rəmzi kimi yerindədir.
Bu balaca kuklaların ənənəvi olaraq qırmızı rəngə boyanmasının da xüsusi bir səbəbi var: Yaponiyanın Edo dövründə onlardan çiçək virusuna qarşı talisman kimi istifadə edilib.
Mənbə: BBC