SON XƏBƏR

Nizami Kino Mərkəzində “Şər qarışanda” filminin qala gecəsi keçiriləcək

Mart 01
12:04 2016
Martın 03-də Nizami Kino Mərkəzində "Şər qarışanda” milli filminin qala – gecəsi keçiriləcək.
 
Rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi "Oksimediya” prodakşnın qorxu janrında lentə aldığı filmin rejissoru Samir Kərimoğlu operatoru Nadir Mehdiyevdir.
 
Film 1992-ci ildə manyak tərəfindən qəddarcasına qətlə yetirilmiş doqquz yeniyetmədən bəhs edir.
 
Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq dəhşət hələ davam edir...
 
Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar. Oksana Rəsulova müsahibələrinin birində bu günə qədər Azərbaycanda bu janrda film çəkilmədiyini və kinolentin 2016-cı ilin ən səs küylü ekran əsəri olacağına əmin olduğunu söyləyib.
 
Qala–gecəsində "Oksimediya” prodakşnın rəhbəri Oksana Rəsulova, filmin rejissoru Samir Kərimoğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcək.
 
Filmdən sonra, qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar.
 
Yaradıcı qrup media nümayəndələri ilə də görüşəcək. Azərbaycan üzrə filmin distribyutoru AF Media şirkətidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook