SON XƏBƏR

“Nizami” metro stansiyasının platformalarında mərmərlər dəyişdirilir

Mart 28
18:27 2016
Bakı Metropolitenində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq "Nizami” metro stansiyasının platformalarında mərmərlərin dəyişdirilməsinə başlanılıb.
 
Bu barədə "Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a deyib.
 
Onun sözlərinə görə, "Nizami” metro stansiyasında mərmərlərin dəyişdirilməsi qatar yolunun divarlarında aparılır. "Platformada nəmişlikdən mərmərlərin arasında yerləşən armatur həlqələr korroziyaya uğrayıb. Bu səbəbdən mərmərlər aralanaraq qopurdu. Hazırda armatur həlqələrin bərkidilməsi prosesi gedir. Daha sonra isə mərmərlər dəyişdiriləcək”, - deyə N.Paşayev vurğulayıb.
 
N.Paşayev, həmçinin qeyd edib ki, digər metro stansiyalar da yoxlanılacaq və ehtiyac yaranacağı təqdirdə təmir işləri aparılacaq.
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook