"Nobel Eleketrik” MMC gömrük qaydalarını pozub
Mart 30
09:41
2023
"Nobel Eleketrik” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 06.04.2023, saat 10:00-a təyin edilib.