SON XƏBƏR

Norveç hakimiyyəti Rusiya ilə sərhəddə hasar çəkmək niyyətindədir

Sentyabr 30
05:53 2024
Norveç hakimiyyəti Rusiya ilə sərhəddə Finlandiyada ucaldılan maneəyə bənzər hasarın tikintisi imkanını nəzərdən keçirir.

"Report” NRK nəşrinə istinadən xəbər verir ki, bunu Norveçin ədliyyə naziri Emili Enger Mel deyib.

"Bu sərhəd hasarı (Finlandiya-Rusiya sərhədində hasar - Qeyd) təkcə çəkindirici rol oynaya bildiyinə görə deyil, həm də insanların sərhədə yaxınlaşıb-yaxınmadığını aşkar edə bilən sensorlar və texnologiyaya malik olduğu üçün çox vacibdir”, - deyə o bildirib.

Onun fikrincə, belə bir hasar Norveç-Rusiya sərhədi və ya onun bir hissəsi üçün də aktualdır. Nazir bildirib ki, Norveç hökuməti sərhədi ən qısa zamanda bağlamağa hazırdır: "Biz bir sıra tədbirləri nəzərdən keçirməyə çalışırıq. Bu, Storskoqdakı sərhəd stansiyasının ətrafında olan hasarlar, sərhəd nəzarəti və oradakı axının öhdəsindən gələ bilmək üçün tədbirlər haqqında ola bilər”.

Melin mövqeyini Finmark əyalətinin (Rusiya ilə həmsərhəd) polis rəisi Ellen Katrin Hetta dəstəkləyib və bildirib ki, sərhəd xətti boyunca bəzi yerlərdə hasar tikilə bilər.

Finlandiya hakimiyyəti ölkədə təhlükəsizlik vəziyyətində dəyişiklikləri əsas gətirərək 2022-ci ildə Rusiya ilə sərhəddə hasar çəkməyə qərar verib. Plana görə, uzunluğu təxminən 200 km və hündürlüyü təxminən 3,5 m olan hasar 2026-cı ilin sonuna qədər hazır olacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook