SON XƏBƏR

“Noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq” –Qubad İbadoğlu

Sentyabr 23
10:35 2016
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) sentyabrın 20-21-də keçirdiyi toplantısında gözləniləntilər doğruldu. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, uçot dərəcələri qaldırılmadı.
 
Amma buna baxamayaraq, FED-in direktoru Canet Yellen bəyanata çıxış edərək, bildirib ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur: "Lakin hələ ki, gözləməyə qərar verdik, çünki iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac vardır".
 
Bu və ya digər məqamlarla bağlı fikirlərini açıqlayan iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, iyun ayından başlayaraq, ABŞ-da işsizlik səviyyəsi, demək olar, dəyişməz qalıb, cəmisi 4.9 faiz təşkil edib: "Bu, may ayı ilə müqayisədə 0,2 faiz çox olsa da , bu ilin yanvar ayı ilə eyndir. İnflyasiyaya gəlincə, bu ölkədə avqust ayında illik inflyasiya 1,83 faiz təşkil edib, bu da ötən ilin avqustu ilə müqayisədə 0,23 faiz çoxdur. İnflyasiyanı artıran amillərdən biri də ev təsərrüfatlarının xərclərinin artmasıdır. 
 
FED-in Federal Açıq Bazar Komitəsinin bu il ərzində 2 toplantısı nəzərdə tutulur: 1-2 noyabr və 13-14 dekabr. Böyük ehtimalla, bundan sonrakı iki toplantıdan birində uçot dərəcənin artırılmasına qərar veriləcək.
 
Çox güan ki, bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Belə ki, həmin iclasda, həm də ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların xülasəsi hazırlanacaq və yenidən FED-in direktoru Canet Yellen bəyanatla çıxış edəcək". 
 
Qubad İbadoğlunun sözlərinə görə, FED-in gözlənilən növbəti qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq: "Fikrimcə, bu ilin son aylarında, xüsusilə də noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq. Çünki ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkətlərin və bankların valyutaya ehtiyacları, eləcə də dövlət büdcəsinin xərcləmələrinin çoxalması bazara təzyiqi kəskin artıracaq".
 
(Strateq.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook