"Nümayəndə heyətləri bütün məsələlər üzrə razılığa gəliblər" - Ukrayna Prezidentinin mətbuat katibi
May 06
00:34
2022
"Ukrayna tərəfi hələ də Rusiya ilə sülh danışıqlarında maraqlıdır".
APA TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
Onun sözlərinə görə, Kiyev bununla bağlı mövqeyini sərtləşdirməyib.
Sergey Nikiforov Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfərindən sonra "Ukrayinska Pravda” nəşrinin Rusiya Federasiyası ilə danışıqlara yanaşmanın dəyişdirilməsi ilə bağlı iddiasını da təkzib edib.
"Deyə bilərəm ki, jurnalistlər bir neçə məqamı gözdən qaçırıblar. Ya bu, sadəcə səhvdir, ya da onların əslində danışıqlar prosesindən heç bir xəbəri olmayan yanlış mənbələri var",- deyə Nikiforov bildirib.
Onun sözlərinə görə, nəşrin bu yazısı qəsdən edilimiş manipulyasiya da ola bilər.
Eyni zamanda o, Ukrayna və Rusiya arasında danışıqların hazırda dayandırıldığını təsdiqləyib.