SON XƏBƏR

Nurməhəmmədov: Putin zəng elədi, dedim ki, yəqin məni döymək istəyirlər

Noyabr 22
01:54 2019
Döyüşdən sonra qarışıq hislər yaşayırdım.

Oxu.Az xəbər verir ki, bu sözləri UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla aralarındakı döyüş barədə danışarkən deyib.

"Məni qalib elan edəndə soyunub-geyinmə otağında idim. 300 mühafizəçinin əhatəsində oturmuşdum.

Vladimir Putin zəng edib necə olduğumu soruşdu. Mən tribuna yaxınlığında 300 nəfərin əhatəsində oturduğumu dedim. Dedim ki, yəqin məni döyməyə toplaşıblar”, - idmançı bildirib. 

Nurməhəmmədov həmçinin Makqreqorun 2019-cu ilin oktyabrında Moskvada keçirilən mətbuat konfransında revanşa ümid etdiyini söyləməsinin həqiqəti əks etdirmədiyini deyib:

"Onu 4 raund boğdum, döydüm. Axı o, özü bunun sona çatması üçün əlini vurdu. Düşünürəm ki, o, döyüş istəmir”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook