"Növbəti görüşə hazırlıq gedir" - Paşinyanın müavini
Dekabr 09
14:57
2024
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.
APA-nın "Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
"Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.
O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.