SON XƏBƏR

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTOLAR

Yanvar 22
13:25 2024
Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan Füzuliyə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün 30 ailə olmaqla, 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, Vətənə qovuşmağın sevincini paylaşıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 440 ailənin (1 625 nəfər) daimi məskunlaşması təmin edilib.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook