“Növbəti prezident Tramp olacaq” - Kennedi
İyul 25
13:55
2024
ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Robert Kennedi hesab edir ki, Amerikanın növbəti prezidenti Donald Tramp olacaq.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Trampla seçkiqabağı televiziya debatındakı fəlakətli çıxışından sonra hazırkı Prezidentin yarışdan çəkilməsilə bağlı çağırışlar çoxalmışdı. İyulun 21-də isə Bayden seçkidə iştirak etməyəcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqladı.
"AzPolitika” xəbər verir ki, Kennedi bunu NBC televiziyasına müsahibəsində deyib.
Məhşur Kennedilər nəslindən olan namizəd, Trampın əsas demokrat rəqibi üzərində qələbə çalacağına inandığını söyləyib: "Bilirsiniz, o (Tramp) keçmiş prezidentdir. O, böyük ehtimalla növbəti prezident olacaq”.