NYT Redaksiya Şurası Baydeni seçki yarışından çıxmağa çağırdı
İyun 29
15:39
2024
Amerikanın "The New York Times" (NYT) qəzetinin Redaksiya Şurası ABŞ prezidenti Co Baydeni seçki yarışından çəkilməyə və yenidən seçilmək üçün kampaniyanı dayandırmağa çağırıb.
Qaynarinfo-nun məlumatına görə, media qrupu hesab edir ki, bu, Baydenin Amerika cəmiyyəti üçün edə biləcəyi ən böyük yaxşılıqdır.
"Debat zamanı onun ikinci müddətdə nəyə nail olacağını izah etmək çətin idi. O, Trampın təxribatlarına cavab verməkdə çətinlik çəkdi. Bayden Trampı yalanlarına, səhvlərinə və qorxulu planlarına görə məsuliyyətə cəlb etməkdə çətinlik çəkdi", deyə bəyanatda bildirilir.
Qəzetin redaksiya heyəti müzakirə zamanı Baydenin dəfələrlə cümlələri bitirməkdə çətinlik çəkdiyini vurğulayıb.
Bundan əvvəl CNN xəbər vermişdi ki, Ağ Ev əməkdaşları ABŞ prezidenti Co Baydenin ABŞ-ın keçmiş lideri Donald Trampla debatda zəif çıxış etməsindən narahatdırlar, onların bir çoxu mümkün iş dəyişikliyi ilə bağlı zarafat edir. Hətta Demokratların Baydeni başqa namizədlə əvəzləyə biləcəyi deyilir.