Nyu-Yorkda Türk Filmləri Festivalı başlayır
Mart 29
10:05
2016
Martın 31-dən aprelin 3-dək ABŞ-ın Nyu-York şəhərində Amerika Türk Cəmiyyətinin təşkilatçılığı ilə 15-ci Nyu-York Rük Filmləri Festivalının açılışı olacaq. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivalın bu ilki proqramına 7 tammetrajlı film və bir sənədli film daxil edilib.
Festivalın açılışı martın 31-də məşhur türk rejissoru Çağan İrmaqın "Nadidə Həyat" filminin nümayişi ilə başlanacaq.
Türk Filmləri Festivalı çərçivəsində Türkiyənin 2016-cı ildə "Oskar" mükafatına namizəd görülən filmi - "Sivas" bədii filminin Nyu-York premyerası da baş tutacaq. Həmçinin, festivalda Fransanın 2016-cı ildə "Oskar"a namizəd görülən "Mustanq" filminin nümayişi gerçəkləşəcək.
Festivalın gündəliyinə 52-ci Uluslararası Antalya Film Festivalında 4 nominasiyada Altın Portağal mükafatını qazanan "Sarmaşıq", "Kar Korsanları", "Limonata" və "Motor" filmlərinin nümayişi də daxil edilib. Türkiyənin tanınmış aktyor və rejissorlarının iştirak edəcəyi film festivalında nümayişdən əvvəl sual-cavab gecələri keçiriləcək, aktyorlarla görüşlər olacaq.
Qlobal.az