Olimpiadada ilk medal: Rüstəm Orucov finalda
Avqust 08
23:18
2016
Rio Olimpiadasında cüdo yarışları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda qazaxıstanlı Didar Həmzəni sınağa çəkib. Görüş Rüstəmin qələbəsi ilə başa çatıb. O, rəqibini cərimə xalları hesabına məğlub edib.
***
Cdoçumuz 1/8 finalda avstriyalı Jak Benstedlə qarşılaşıb və bu görüşdə qalib gələrək 1/4 finala adlayıb. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub. Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Vaza-Ari xalı ilə qələbə qazanan R.Orucov yarımfinala yüksəlib. İdmançımız yarımfinalda Saqi Muki (İsrail) ilə görüşüb. Rəqibinə qalib gələn Orucov finala yüksəlib. Bu isə o deməkdir ki, artıq idmançımız ən azı gümüş medalı təmin edib.