Olimpiya çempionu heyətdən kənarlaşdırıldı
Fevral 07
14:33
2017
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Kianuş Rostami ağırlıqqaldırma üzrə İran milli komandasının heyətindən kənarlaşdırılıb.
Qlobal.az goal.az-a istinadən xəbər verir ki, buna səbəb Rostaminin məşqlərə qatılmaması olub.
26 yaşlı atlet 24 - 28 apreldə Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatında və Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyək.
Qeyd edək ki, 85 kq çəki dərəcəsində çıxış edən Kianuş Rostami "Rio-2016"da iki hərəkətin cəmində 396 kq ağırlığın öhdəsindən gələrək, rekord müəyyənləşdirib.