Olimpiya çempionuna 9 aylıq cəza verildi
Aprel 22
12:45
2022
Rusiyanın tanınmış üzgüçüsü Yevgeni Rılov bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Qlobal.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) İntizam Komitəsi qərar çıxarıb. İdmançıya 9 ay belə yarışlarda çıxış etmək qadağası qoyulub. Aprelin 20-də qüvvəyə minən qərara əsasən ikiqat olimpiya çempionu martın 18-də Krım və Sevastopolun ilhaqı ilə bağlı "Lujniki" stadionundakı tədbirdə iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.
Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin sonunadək FINA təşkilatçılığı ilə keçiriləcək yarışlara buraxılmayacaq.
Rılov Tokio-2020 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə edib.