SON XƏBƏR

Oliqarxdan əzələ nümayişi: FHN-nin qərarını heçə sayan “Səfalı Ticarət Mərkəzi“ ASC kimə güvənir?

Yanvar 07
15:51 2024
"Səfalı Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin inşa etdirdiyi qanunsuz tikili barədə dövlət qurumlarının uzun müddətdir ki, apardıqları heç bir nəticə vermir. 
 
Qlobal.az xəbər verir ki, AzFakt.com ötən yazısında Səfalı Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin dam hissəsində layihədə öz əksini tapmayan qanunsuz tikili barədə Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəsmi sənədini dərc etmişdi. 

Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə digər dövlət qurumuna ünvanladığı həmin sənəddə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edildiyi qeyd edilir, məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə rəsmi müraciət ünvanladığı vurğulanırdı. 
 
AzFakt.com-un əldə etdiyi məlumata görə "Səfalı Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin inşa etdirdiyi qanunsuz tikili barədə daha bir dövlət qurumu - Fövqaladə hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də qərar verib. 

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Səfalı Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin dam hissəsində layihədə öz əksini tapmayan qanunsuz tikili barədə verdiyi qərarda pozuntu aşkar olunduğu qeyd edilir. 
 
Agentlik 2023-cü ilin fevral ayınını 8-də tərtib etdiyi sənəddə bu pozuntunun aradan qaldırılması üçün podratçı təşkilata 30 gün müddət verib. 

Lakin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi qərardan 1 ilə yaxın vaxt keçsə də, sözügedən hasar hələ də qalmaqdadır. 
 
Qeyd edək ki, "Səfalı Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında fəaliyyət göstərir. "Səfalı Ticarət Mərkəzi" ASC-nin qanuni təmsilçisi Tağıyev Fateh Əfqan oğludur.
 
Mövzu ilə bağlı qarşı tərəf mövqe bildirə bilər.
 
Qlobal.az
 
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sənədi
 

 

 
Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsinin sənədi
 

 

 
Sözügedən tikili
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook