SON XƏBƏR

Oljas Süleymonova AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adı verilib

Aprel 25
12:38 2016
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda tanınmış şair, yazıçı, ədəbiyyatşünas, ictimai-siyasi xadim, diplomat, Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenova Fəxri Doktor adı verilməsinə həsr edilmiş mərasim keçirilib.
 
Əvvəlcə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Oljas Süleymenovun həyatı və yaradıcılığı barədə məlumat veriblər.
 
Sonra institutun "Dünya ədəbiyyatı və komparativistika” şöbəsinin böyük elmi işçisi Aida Feyzullayeva "Oljas Süleymenovun yaradıcılıq portreti” mövzusunda məruzə ilə çıxış edib.
 
Daha sonra Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimqair Mutanov, XX əsr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış ediblər.
 
Sonda Oljas Süleymenov cavab nitqi ilə çıxış edib.
 
Tədbir iştirakçılarına slayd göstərilib. (AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook