“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq”
Oktyabr 04
09:39
2023
Cəlilabad rayonu, M.P.Vaqif küçəsinin sakini Həsənov Umudəli Murtuz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Lənkəran və Cəlilabad rayon qaz istismar idarələri ona qarşı qanun pozuntularına yol verirlər:
"Mən, Həsənov Umudəli Murtuz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün bildirim ki, 1991-ci ildə yaşadığım ünvana təbii qaz xətti çəkdirmişdim. Ölkənin vəziyyəti ilə əlaqədar bir müddət qaz təmiantı dayandırılmışdı. 2012-ci ildə qaz xətti yenidən bərpa olundu və köhnə abonentlərin hər biri bu xəttə qoşuldu. Daha doğrusu, bizim evdən başqa bütün ünvanlar qazla təmin olundu. Bizim ev isə qazsız qaldı. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsəm də, heç bir rəsmi şəxs bununla maraqlanmadı”.
Şikayətçi deyir ki, Lənkəran və Cəlilabad rayon qaz istismar idarələrinin qanunsuz əməlləri səbəbindən, qaz xəttini şəxsi vəsaiti hesabına çəkdirməli olub: "Bu qurumların özbaşınalığı ucbatından oğlum bankdan pul götürüb, öz hesabına qaz çəkdirdi. Oğlum maşınyuma sexində maşın yuyaraq, çörək pulu qazanır. Bu pulla pensiya almayan ana-atasına və ailəsinə baxır. Evinə baxmayıb, qazandığl pulu bankı ödəsə ailəsi çarəsiz vəziyyətdə qalacaq. Bankı ödənişmək etməsə, cinayət işi açılacaq. Bu qədər haqsızlıq olmaz.
Bu sıxıntılar içində oğlumun intihar edəcəyindən qorxuram. Əgər belə hal baş verərsə, "Azəriqaz”ın Lənkəran Rayon Qaz İstismar İdarəsi və Cəlilabad Qaz İstismar İdarəsinin rəhbərləri məsuliyyət daşıyacaqlar”.
Redaksiyadan: Yazıda adları dərc olunan qurumların cə şəxslərin mövqeyini dərc etməyə hazırıq.